Prezident Britaniya kraliçasını təbrik etdi
08 iyun 2018 18:48 (UTC +04:00)

Prezident Britaniya kraliçasını təbrik etdi

Ölkə başçısı İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib.

 

Lent.az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Günü münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:

“Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

 

 

# 291
avatar

Tural TURAN

Oxşar yazılar