
Daha üç deputat yeni vəzifəyə seçildi
Azərbaycanın Avronest Parlament Assambleyasdakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.
Lent.az-ın modern.az-a istinadən məlumatına görə, nümayəndə heyətinin rəhbəri Fuad Muradov, sədr müavini Rövşən Rzayev, üzvü Muxtar Babayev tərkibdən çıxarılıblar.
Onların əvəzinə deputatlar Tahir Mirkişili, Cavanşir Feyziyev və Azər Kərimli Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin üzvü seçiliblər.
Qeyd edək ki, Azərbaycanın Avronest Parlament Assambleyasdakı nümayəndə heyətinin rəhbəri də yenidən seçilib və bir neçə gün öncə bu vəzifə deputat Sahibə Qafarovaya həvalə edilib.
Bundan əvvəl Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov idi.
Bu dəyişiklik də hər üç şəxsin yüksək dövlət vəzifəsinə təyin olunmasından irəli gəlir. Belə ki, F.Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, R.Rzayev “Dövlətqaçqınkom”un sədri, M.Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48