![[b]Səfər Mehdiyev "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Səfər Mehdiyev "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub[/b]
İyunun 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Komitənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Səfər Mehdiyev Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.
Daha sonra Komitə sədri Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının daşınmasının vəziyyəti ilə maraqlanıb və həmin yükləri daşıyan nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində yarana biləcək problemlərin aradan qaldırılmasına, dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsinə, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.
Oxşar yazılar

"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24