118
18:30
30 May 2018

Təranə Qumral həbs edilə bilər: "Məcbur gətiriləcək"

Müğənni Təranə Qumralla Nazənin arasındakı məhkəmə prosesi davam edir.

Lent.az -ın Axşam.az-a istinadən verdiyi məlumata görə, Təranə bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxmayaraq sənətçi məhkəmə qərarını qərəzli şəkildə icra etməyib.

Buna görə də işin baxılması Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. Hazırlıq iclası mayın 29-da baş tutub.

Nazəninin vəkili Heyrat Qarayev əməkdaşımızla söhbətində bildirib ki, Təranə Qumral yenə məhkəməyə gəlməyib:

"Növbəti dəfə də qarşı tərəf məhkəməyə gəlməmişdi. hazırda araşdırma aparılır. Bu, cinayət işidir. Təranə Qumral təqsirləndirilən tərəf kimi cinayətə cəlb olunub. Məhkəmə qərarını qərəzli şəkildə icra etmir. Əgər növbəti məhkəmələrə də gəlməsə, məcburi gətirilməsi barədə qərar qəbul oluna bilər. İkinci prosesdə məsələ yekunlaşmayacaq. Növbəti proseslərdə hakim işə yenidən baxacaq".

T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə görə T.Qumral 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Zərərçəkənlər müğənni Nazənin Salayeva, onun həyat yoldaşı Məhəbbət Həsənovdur.

Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.

Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.