<b>Ana olmağa hazırlaşan Oksana: <span style="color:red;">"Qeybət edib öz nəslini, ailəsini..."</b>
17 may 2018 10:36 (UTC +04:00)

Ana olmağa hazırlaşan Oksana: "Qeybət edib öz nəslini, ailəsini..."

Süni mayalanma yolu ilə hamilə qaldığı deyilən rəqqasə Oksana Rəsulova sosial şəbəkədə status paylaşıb. Lent.az-ın məlumatına görə, rəqqasə dolayı yolla onu tənqid edənlərə cavab verib:

 

 “Aylar şahı Ramazan xoş gəlir. Oruc tutub, dua edən insanları təbrik edirəm. Bu ayda əllərimi açıb Allaha yalvaracam: ya Rəbbim, imansız, dinsiz insanlara, ürəyi daş olub, gözü kor olanlara, böhtan atıb, nəticəsini anlamayanlara, Allahı tanıyıb ona ibadət etməyənlərə, Quranı dərk etməyənlərə, dinimizi qəbul etməyənlərə, qeybət edib öz nəslini, ailəsini, övladlarını fikirləşməyənlərə, kiminsə haqqına girib, haqq yeyənlərə, cadu edib günah qazananlara hidayət ver, düzgün yola çək, ürəklərinə və dillərinə mərhəmət, ağıl ver. Heç olmasa bu ay ərzində, əməllərimizi düzəldib, çalışaq günahlarımızı azaldaq”.

 

Qeyd edək ki, bir neçə gün öncə aparıcı İlqar Mikayıloğlu O.Rəsulovanı süni mayalanma yolu ilə ana olacağını tənqid etmişdi.

 

# 384
avatar

Yalçın UĞUR

Oxşar yazılar