49
17:33
15 May 2018

"Azərbaycan intensiv danışıqlara hazırdır" - Məmmədyarov

Xarici işlər naziriElmar MəmmədyarovParisdəATƏT-in Minsk qrupunun həmsədrləri vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşüb.

Bu barədə APA -ya məlumat verən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd olunub.

NazirElmar MəmmədyarovAzərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçünATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.

APA