147
09:59
03 May 2018

Şəbnəm imicini dəyişdi, Sibel Cana oxşatdılar - FOTOLAR

Azərbaycanlı müğənni Şəbnəm Tovuzlu növbəti dəfə imicini dəyişib. Lent.az -ın məlumatına görə, ifaçı uzun saçlarını kəsdirib və makiyajında da dəyişiklik etdirib. Onun yeni görünüşü üzərində stilist Zeynəb Vahabzadə çalışıb. Yeni imicdə olan şəkillərini sosial şəbəkədə paylaşan Şəbnəmi yeni görkəmdə Türkiyənin tanınmış müğənnisi Sibel Cana bənzədiblər.