Müğənni Nazənin Orxan yaradıcılığında yenilik edib. Lent.az-ın məlumatına görə, ifaçı sözləri Vüsal İbrahimov, musiqisi Ruslan Səfəroğluna məxsus “Havalı başım” adlı bəstəni oxuyub:
“Bu bəstəni bir neçə ay öncə mənə təqdim etdilər, mahnıya qulaq asandan sonra dərhal lentə aldırdım. Üstündən 3 ay keçəndən sonra bu mahnı işıq üzü gördü. Mahnının 2 adı var “Havalı başım” və “Bu dünya boşdur" . Düşünürəm ki, dinləyicilər tərəfindən bəyəniləcək".
Qeyd edək ki, müğənni Nazənin oğlunun adını özünə təxəllüs götürüb. Artıq bundan sonra müğənni Nazənin Orxan adı ilə təqdim olunacaq.