Azərbaycanlı müğənni Tacir Şahmalıoğlu gözlənilməz halla qarşılaşıb. Lent.az-ın məlumatına görə, ifaçının doğma dayısı "5/5" verilişinə çıxaraq, onun barəsində fikirlər səsləndirib. Adının Nurəddin olduğunu söyləyən 78 yaşlı bildirib ki, T.Şahmalıoğlu dayısı övladlarının yasına gəlməyib:
"Hər yerdə deyir filankəsə kömək etmişəm. Onun insanlığı yoxdur, yalan danışır. 46 yaşında qızımı və 24 yaşında oğlumu itirdim. Onların yasına gəlmədi".