169
11:55
26 Aprel 2018

Müğənnimizdən qalmaqallı sözlər: "Rəqibim yoxdur, brendəm"

“Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli “ APA TV”-nin “Show time” verilişində şou-biznesdə müzakirələrə səbəb olacaq açıqlama verib. Lent.az -ın məlumatına görə, ifaçı bildirib ki, Azərbaycanda ona rəqib olan müğənni yoxdur:

“Bizim səhnədə mənə rəqib yoxdur. İndi bu sözümü xəbərlərdə qeyd edəcəklər. Deyəcəklər ki, Səmra özündən razıdır. Sadəcə öz janrımda mənə rəqib yoxdur. Sabahısı gün biri çıxıb mənə desə ki, sən mənə rəqib deyilsən, buna gülərəm. Səmra brend olduğunu çoxdan deyib. Bu həqiqətdir, öz janrımda, stilimdə mən birinciyəm. Özümü brend hesab edirəm, keyfiyyətli işlər görürəm. Çünki insanların zövqün korlamıram. İnsanlara keyfiyyətli musiqi görsətməyə çalışıram. Onlara belə bir musiqi var, buna qulaq asın deməyə çalışıram. İnanıram ki, gələcəkdə insanlar belə musiqilərə qulaq asacaqlar. Mən uşaq olanda düşünürdüm ki, niyə Azərbaycanda bir müğənni yoxdur ki, mən onların musiqilərinə qulaq asım. Heç olmasa o vaxt 1-2 müğənni var idi ki, mənim janrımda oxuyurdu, indi ümumiyyətlə yoxdur”.

S.Rəhimli bildirib ki, onun bu sözləri özündən razılıq kimi qəbul edilməməlidir: “Mənim gördüyüm işləri görsünlər, sonra mənəm-mənəm desinlər. 15 yaşından Azərbaycanda bütün musiqi müsabiqələrinin seçim turlarında olmuşam. Mən bu yerə çətinliklə gəlib çatmışam. Heç kim mənə deyə bilməz ki, sən burda nəsə etmisən. Bu yerlərə öz əziyyətimlə çatmışam. Heç kəs əlimdən tutmayıb. Elədiyim işləri eləsinlər, sonra danışarlar. Mənəm-mənəmlik eləməyə mənim haqqım var. Mən Azərbaycanı təmsil etmişəm.