134
19:42
23 Aprel 2018

Yeni hökumətdə kimlər oldu - SİYAHI

Azərbaycan prezidentiİlham Əliyevin bu gün imzaladığı sərəncamlaNazirlər Kabinetində boş qalmış digər vəzifələrə də təyinatlar olub.

APA -nın məlumatına görə, əvvəlki kabinetdə təmsil olunmuş gənclər və idman naziriAzad Rəhimov, mədəniyyət naziriƏbülfəs Qarayev, müdafiə sənayesi naziriYavər Camalov, səhiyyə naziriOqtay Şirəliyev,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı,Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov,Əmlak Məsələləri Dövlət Komitəsinin sədriKərəm Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisiArzu Rəhimovvə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yeni tərkibdə də eyni vəzifələrə təyin ediliblər.

Ekologiya və təbii sərvətlər naziri vəzifəsində Hüseyn Bağırovu Muxtar Babayev,Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindəNazim İbrahimovuFuad Muradov,Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindəAydın Əliyevi Səfər Mehdiyev,Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindəFirudin Nəbiyevi isə Vüsal Hüseynov əvəz edib.

2017-ci ilin dekabrından boş qalan təhsil naziri postuna Ceyhun Bayramov təyin olunub.

Yeni yaradılmış Dövlət Turizm Agentliyinin sədri vəzifəsinə isə Fuad Nağıyev təyinat alıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi vəMilli Arxiv İdarəsinə (rəis vəzifəsiniAtaxan Paşayevtutub) hələlik rəhbər təyin olunmayıb.

Qeyd edək ki, əvvəlki kabinetdə təmsil olunmuş daxili işlər naziriRamil Usubov, energetika naziri Pərviz Şahbazov, ədliyyə naziriFikrət Məmmədov, fövqəladə hallar naziriKəmaləddin Heydərov, xarici işlər naziriElmar Məmmədyarov, iqtisadiyyat naziriŞahin Mustafayev, maliyyə naziriSamir Şərifov, müdafiə naziriZakir Həsənov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, vergilər naziriMikayıl Cabbarov,Dövlət Sərhəd Xidmətinin rəisiElçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov ötən həftə yeni tərkibdə eyni vəzifəyə təyin ediliblər.

APA