<b>Günay İbrahimli bu klipində çətin anlar yaşadı - <span style="color:red;">VİDEO</b>
23 aprel 2018 10:44 (UTC +04:00)

Günay İbrahimli bu klipində çətin anlar yaşadı - VİDEO

Müğənni Günay İbrahimli “Peşmanam” adlı klipini təqdim edib. Lent.az-ın məlumatına görə, sözləri Günelə, musiqisi Elvin Abdullayeva məxsus layihə ifaçının “Youtube” səhifəsində yayımlanıb. Bir neçə gündür ki, müzakirə olunan klipinin rejissoru Ali Fərhaddır, çəkilişlər Bakının Şüvəlan qəsəbəsində baş tutub. İfaçı açıqlamasında çəkiliş zamanı qarşılaşdığı çətinliklərdən söz açıb: “Çəkilişlər gecə saatlarında, soyuq havada və dəniz kənarından baş tutdu. Sona yaxın çox çətin anlar yaşadım. Yağış səhnələri olmalı idi, yağmadığından su aparatı vasitəsi ilə həmin səhnəni çəkdik. Su çox soyuq idi, buna baxmayaraq bu işin öhdəsindən gəldim. Klip artıq tam hazırdır. Yenə komandam- Zümrüd Mirzəliyeva, Lamiyə Ağağababayeva və Nəsir Babayev mənim üçün maraqlı obraz yaratdı. Düşünürəm ki, işimiz bəyəniləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar