<b>Elariz oğluna qız axtarır: <span style="color:red;">"Yoldaşıma deyib ki, siz tapın"  -<span style="color:red;"> VİDEO</b>
18 aprel 2018 15:34 (UTC +04:00)

Elariz oğluna qız axtarır: "Yoldaşıma deyib ki, siz tapın" - VİDEO

Azərbaycanlı müğənni Elariz Məmmədoğlu oğlunu evləndirmək istəyindən danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə danışan ifaçı bildirib ki, oğlunu tezliklə evləndirmək istəyir: “Hazırda oğlumun başı təhsillə bağlı qarışıqdır. Ona görə də qız seçimini anasının boynuna atıb. Deyib ki, tərbiyəli ailədən qızı siz tapın, evlənim. İndi qızı anası tapmalıdır. Hələ ki, namizəd yoxdur, axtarışlarımız davam edir. Mənlə yoldaşım bəyənsə, oğlum bu evliliyə razı olacaq”.

 

 

E.Məmmədoğlu daha sonra bildirib ki, şou-biznesin ən gənc babasıdır: “Hər kəsin həyata baxışı fərqlidir. Mən sevinirəm, fəxr edirəm ki, gənc babayam. Yəni illərimi boşa verməmişəm. Düz 22 yaşımda ailə qurdum, övladlarım oldu. Qızlarımın 2-də vaxtı çatanda ailə qurdu. Oğlum isə gecikir. Şou aləmində 2-3-cü gənc baba var. Yox, elə dəyəsən, 1-ci mənəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar