166
11:34
16 Aprel 2018

Mətanət Əsədova Azərbaycanı tərk edir: "Bezdim, iyrəndim" - VİDEO

Müğənni Mətanət Əsədova Azərbaycanı tərk edir. Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “Səhər-Səhər”verilişində danışıb:

“Allah imkan versə beynimdə iki yer canlanır. Biri Mərakeşdir, biri isəTürkiyədir. İkisi də mənə yaxın ölkələrdir. Sadəcə gedəsən beynin açılsın. Nə qədər söz-söhbət, qeybət, nə qədər yalandan təriflər olar. Mən sadəcə barışa bilmirəm bu yalanlarla. Mənə də alqış olsun, ona da?Olmur axı. Bu paxıllıq deyil. Allaha şükür görünüşüm, sənətim səsim, hörmətim, izzətim göz qarşısındadır. Uşaq deyiləm kiməsə paxıllıq edib başımı yorum.Sözünü demiş insanam mən. Ehtiyacım yoxdur ki, nə iləsə reklam olunum. Bəlkə də, kimsə mənə söz atar, reklam olunar. Mənlik deyil elə şeylər. Sadəcə mən yoruldum, bezdim, iyrəndim”.