<b>24 ildən sonra öz kəndlərində səs verirlər</b>
11 aprel 2018 09:21 (UTC +04:00)

24 ildən sonra öz kəndlərində səs verirlər

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin Cocuq Mərcanlı kəndində 24 ildən sonra səsvermə təşkil olunub.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yeni yaradılan 73 saylı məntəqədə səsvermə keçirilir. Cocuq Mərcanlıdan olan 121 seçici ilk dəfə öz kəndlərində seçkilərdə iştirak edir.

 

Qeyd edək ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinə daxil olan 73 məntəqədən 72-i 1993-cü ildən respublikanın 58 rayonunda fəaliyyət göstərir.

 

49788 seçicidən 49667 nəfəri məcburi köçkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar