Aygün-Röya qalmaqalına Elnarə də qoşuldu - <span style="color:red;">VİDEO
09 aprel 2018 11:00 (UTC +04:00)

Aygün-Röya qalmaqalına Elnarə də qoşuldu - VİDEO

 

Bir müddət öncə xalq artisti Aygün Kazımovanın küsülü olduğu müğənnilərlə birgə videosunu sosial şəbəkədə paylaşması müzakirəsiz ötüşməyib. Lent.az-ın məlumatına görə, əməkdar artist Röya Ayxan xalq artistinin bu addımına məsxərə ilə yanaşıb.

 

Bu mövzuyla bağlı müğənni Elnarə Xəlilova “Atv maqazin onlarla” verilişinə müsahibə verərək, A.Kazımovanın müdafiəsinə qalxıb: “Bildim ki, o, onu nə niyyətlə etdi. Burada pis niyyət görmürəm. Biz 2001-ci illərdə necəyiksə, elə o gündəyik. Hər adamın işi deyildi bu jesti etsin, addımı atsın, "İnstagram"da işarələsin, əl uzatsın. Mən də dəfələrlə etmişəm. Görüntülərdə hamımız necə varıqsa, eləyik. Hamıda var da "əvvəl sonra" effekti. Natavan da gözəldir, hamımız özümüzü formada saxlamaq üçün çalışırıq”.

 

 Qeyd edək ki, R.Ayxan A.Kazımovanın paylaşımına "Ətim töküldü... Bəsdir də, xoda düşər xatirələr" şərhini yazmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar