170
16:29
30 Mart 2018

54 yaşlı aktrisamız müğənniliyə başladı - İLK MAHNISI

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva bu gündən sonra efirlərdə müğənnilik qabiliyyətini də nümayiş etdirəcək. Lent.az -ın məlumatına görə, 54 yaşlı aktrisa bu barədə “ APA TV”-nin “Show time” verilişində danışıb. O bildirib ki, ifaçılıq onun sənətinin bir hissəsidir: “Artıq məclislərdə oxuyuram. Sadəcə efirlərdə mahnı oxumurdum. Mən fikirləşirdim ki, mən necə Flora Kərimovanın qarşısında mahnı oxuya bilərəm? Sonra gördüm ki, aləm dəyib bir-birinə. Ona görə mən də mahnı oxumaq qərarına gəldim. İllər öncə oxumağa mənim haqqım da var idi. Amma risk etmirdim. Sonra gördüm ki, hər kəs, not bilməyənlər mahnı oxuyur”.

Qeyd edək ki, N.Allahverdiyeva türkiyəli müğənni Hakan Pekərin repertuarında sevilən “Bir əfsanəydi” mahnısını lentə yazdırıb.