[b]Baş nazir Milli Məclisdə hesabat verir:[/b] "Əməkhaqqı 6,8 dəfə artıb"
16 mart 2018 12:29 (UTC +04:00)

[b]Baş nazir Milli Məclisdə hesabat verir:[/b] "Əməkhaqqı 6,8 dəfə artıb"

“Son 14 il ərzində ÜDM 3,2 dəfə, sənaye istehsalında 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb".

 

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Artur Rəsizadə deyib. Onun sözlərinə görə, bu müddətdə 1 mln. 900 mindən çox iş yeri açılıb: "Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib”.

 

A.Rəsizadə qeyd edib ki, neft-qaz sənayesinin aparıcı rolu ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək.

 

"Əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər qazlaşmasının səviyyəsinin 51 faizdən 93 faizə yüksəldilməsini təmin edib. Elektrik enerjisi ilə təminat iqtisadi siyasətin ən prioritet istiqamətlərindən olub", - deyə A.Rəsizadə vurğulayıb.

# 313
avatar

APA Baycan

Oxşar yazılar