Bir müddət öncə rəqqasə Oksana Rəsulovanın ad günündə barışan müğənnilər Natavan Həbibi və Elnur Məmmədov arasında soyuq küləklər əsir. Lent.az-ın məlumatına görə, ifaçı Səidə Sultan “Xəzər maqazin”ə bildirib ki, Elnurla Natavan yenə küsüblər. Hətta Elnur müğənni Günay İbrahimlinin ad günü ilə bağlı proqramın çəkilişinə gəlməyib.
Səidə bildirib ki, Natavan Elnurun ora gəlməli olduğundan xəbərsiz imiş:
“Onların arasında nəsə olubsa, özləri çözməlidir. Heç Natavanın xəbəri yox idi ki, Elnur orada olmalıdır, ya yox. Onların münasibətinə mənim qarışmağımın yeri yoxdur. Bir aya gəlib, özləri çözməlidirlər. Bilsəm ki, doğrudan barışmaq istəyirlər edərəm”.