Rəhim Rəhimli <span style="color:red;">QALMAQALA  son qoydu: <span style="color:red;">"Üzr istəyirəm"
27 fevral 2018 12:22 (UTC +04:00)

Rəhim Rəhimli QALMAQALA son qoydu: "Üzr istəyirəm"

 

Müğənni Rəhim Rəhimli və İradə İbrahimova arasındakı qalmaqal sülhlə yekunlaşıb. Lent.az-ın məlumatına görə, İ.İbrahimova açıqlamasında R.Rəhimlinin ona qarşı düzgün addım atmadığını söyləmişdi.

 

R.Rəhimli isə “ATV maqazin onlarla” verilişinə açıqlama verərək həmkarından üzr istəyib: “İradə ilə aramızda qalmaqal olmuşdu. Aranjimançı Rafiq Hacıyevlə bir albom hazırlayırdıq. Orada biz xalq mahnısı oxumalı idik. Qərar verdik ki, “Araz axar qıyqacı” mahnısını ifa edək. Rafiq də dedi ki, Bakıda olanda bu mahnını İradə üçün aranjiman etmişəm. Mən də İradəyə zəng etdim, mahnının icazəsini aldım. Dedim ki, bu mahnını efirlərdə oxumayacam. Ona verdiyim sözü unutdum. Mahnını efirlərdə oxudum. Ona görə də İradədən üzr istəyirəm. Yəqin, üzrümü qəbul edər”.

 

# 308
avatar

Yalçın UĞUR

Oxşar yazılar