93
07:24
25 Fevral 2018

Ukraynanın “Eurovision-2018” təmsilçisi müəyyənləşdi

Ukraynanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.

APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Melovin” səhnə təxəllüsü ilə çıxış edən müğənni Konstantin Boçarov ölkəsini Lissabonda “Under the Ladder” (Pilləkənin altında) mahnısı ilə təmsil edəcək.

Məlumata görə, milli seçim turnirinin qalibi peşəkar münsiflər heyəti və televiziya tamaşaçıları tərəfindən səsvermə ilə müəyyənləşdirilib.

Odessada anadan olan 20 yaşlı K.Boçarov 2015-ci ildə Ukraynada keçirilən “X-faktor” vokal şousunun qalibi olub.

Xatırladaq ki, portuqaliyalı Salvador Sobral “Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi.