"Mənə deyirlər, neçə yaşın var, amma cavan qalmısan" - <span style="color:red;">Səməd Səmədov
31 yanvar 2018 14:28 (UTC +04:00)

"Mənə deyirlər, neçə yaşın var, amma cavan qalmısan" - Səməd Səmədov

 

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı xalq artisti Səməd Səmədov olub. Xalq artisti bu günə qədər sevilməsinin səbəbi barədə danışıb: “Bu sözü bir müğənni işlədə bilməz. Məni el şənliklərinə ona görə dəvət eləmirlər ki, yaxşı müğənniyəm. Məndən də qat-qat yaxşı oxuyan müğənnilərimiz var. Məni verilişlərə ona görə dəvət edirlər ki, mən sadəyəm. Dəvət aldığım verilişlərə, tədbirlərə yarım saat tez gəlirəm. Bundan başqa, gərək insanın ürəyi təmiz olsun. Mənə deyirlər ki, gör neçə yaşınız var, amma hələ cavan qalmısınız. Mən də cavab olaraq deyirəm ki, qurdlu insan tez qocalır. Rəhmətlik İlhamə Quliyeva deyirdi ki, kimin arxasınca çox danışırlarsa, deməli, o insan yaşayır. Deməli, həmin insan populyardır, dəbdədir”.

 

Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 20:00-da, təkrarı isə şənbə günü 17:00-da “Lider TV”-də yayımlanır. Verilişin informasiya dəstəyi Lent.az-dır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar