9 ilə yaxındır ki, küsülü olan xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi dj Kazımın ad günündə bir araya gəliblər. Lent.az-ın məlumatına görə, məclisdə eyni masada əyləşən iki məşhur gecədə əyləniblər. Tortkəsmə mərasiminə birgə qatılan müğənnilərin barışdlqıarı diqqətdən qaçmayıb. Ad günündə iştirak edən jurnalist Şahin Cavadsoy məclisdən video lentə alaraq sosial şəbəkədəki səhifəsində paylaşıb.
Qeyd edək ki, müğənnilər arasında soyuq münasibətlər “Nömrə 1” realiti şousunda Aygün Kazımovanın Natavana uduzmasından sonra başlamışdı.