Macarıstan jurnalında UNEC haqqında məqalə dərc olunub
27 noyabr 2017 14:03 (UTC +04:00)

Macarıstan jurnalında UNEC haqqında məqalə dərc olunub

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, dosent Anar Rzayev və “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanovun birgə hazırladığı elmi məqalə Macarıstanın SEFBIS jurnalında dərc edilib. UNEC-dən Lent.az-a verilən məlumata görə, məqalə “Dövlət universitetində İKT-nin tətbiqi – UNEC nümünəsində” mövzusunda olub. Məqalədə UNEC-də tətbiq olunan İKT sisteminin geniş təsviri verilib və əsas üstünlükləri açıqlanıb. Eyni zamanda, İKT-nin UNEC nümünəsində tədris, təhsil və inzibati idarəetmədə səmərəlilik və keyfiyyətin artmasına təsiri araşdırılaraq qiymətləndirilib.

Qeyd edək ki, SEFBIS jurnalı Macarıstanın biznes informasiya sistemləri üzrə ən nüfuzlu elmi jurnaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217

Oxşar yazılar