“Qurani-Kərim”də “and olsun bürclərə” kəlamı keçir”
22 sentyabr 2016 18:51 (UTC +04:00)

“Qurani-Kərim”də “and olsun bürclərə” kəlamı keçir”

Səbuhi Rəhimli-astroloq
 
Mövzu: Bürclər dəyişibmi?
  
 
- Bürclər inanc deyil. Astronomiya elm olaraq gizli elmlər siyahısına aiddir. Çağdaş dövrün astroloqları müşahidəni daha çox qabardırlar. 
 
- Astronomiya elə elmdir ki, orada humanitar və dəqiq elmlər birləşir. Mən hər il 25-ə yaxın ictimai-siyasi proqnoz verirəm, onun 23-ü doğru çıxır. 
 
- Elmi yanaşma bundan ibarətdir ki, Günəş 12 bürcdən keçir. Görəsən, 2004-cü ildə tamamilə iflasa uğrayan "bürclərin sürüşməsi" mövzusu bu gün nədən yenidən gündəmə gəlib? 1989-cu ildə ortaya atılan bu fikir zaman-zaman təkzib olundu, 2004-cü ildə isə alman alimləri məsələyə nöqtəni qoydu. Media NASA ilə astroloqların arasını vurmaq üçün o cür ciddi elmi mərkəzin adından ortaya tez-tez cəfəng fikirlər atır. Əslində bu, əsaslandırılmayan fikir və mülahizələrdir. 
 
- Yerin peyki olan Ayı götürək. Ayda baş verən proseslər, suda qabarma və çəkilmələrə səbəb olur. İnsan orqanizminin də 60-70 faizi su olduğu üçün bu, insana da təsirsiz ötüşmür.
 
- XX əsrin də ən böyük uğuru o olub ki, dünya elmi tibbi astrologiyanı qəbul edib. Tibb müəssisələrində bu gün onu tətbiq edirlər. Elə günlər var ki, bədənə skalper dəyməməlidir. Elə günlər var ki, cərrahiyə əməliyyatı aparılmamalıdır. İndi bu bizdə o qədər də inkişaf etməyib,  xüsusən də materialist insanlar bunu xurafat adlandırır. Amma biz öz fikrimizdə qalırıq. 
 
- Astrologiyanın banisi İdris peyğəmbər Nuh peyğəmbərin babası olub. İlkin çağlarda Nuhun tufanına qədər insanlarda vahid bilgi sistemi olub. Hələ o vaxtkı kitablarda 12 planetin olması yazılırdı. 
 
- Qədim dönəmdə alimlərin yazdığı indi də aktualdır. O zaman heç nə olmayıb, nə teleskop, nə mikroskop, nə bilgisayar. Onlar necə edib, bu hələ də bilinmir. Mənə elə gəlir ki,  insanlar o itirilmiş bilgiləri yenidən bərpa etməyə çalışıb. İsgəndəriyyə kitabxanasının yanması belə bəşəriyyəti 250 il geri salıb. Orada elə kitablar olub ki, onlarda yazılan sirlər bəşəri düşüncəni bir neçə əsr irəli çəkə bilərdi. 
 
- O zamanlar vahid bir fikir, vahid bir elm olub ki,  qədim dövrün insanları onu yaradıb və istifadə ediblər. Sonradan isə o bilgilər bəşəriyyətin hafizəsindən silinib. 
 
- Hətta, “Qurani-Kərim”də “and olsun bürclərə” kəlamı keçir. Təbii ki, bürclər tam astrologiya demək deyil, ancaq bu baxımdan, tamaşaçımızın “bürclərə söymək olarmı” sualına cavab vermiş oluram.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar