38 hərbi qulluqçuya amnistiya aktı tətbiq olunub
26 iyul 2016 15:55 (UTC +04:00)

38 hərbi qulluqçuya amnistiya aktı tətbiq olunub

Azərbaycanda Milli Məclisi tərəfindən qəbul edilmiş növbəti amnistiya aktının şamil edildiyi hərbçilərin sayı açıqlanıb.

 

APA-nın məlumatına görə, hərbi prokuror Xanlar Vəliyev bu gün keçirdiyi kollegiya iclasında bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli qərarının Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən vaxtında icra olunması istiqamətində işlər davam etdirilir: “Hazırda 38 hərbi qulluqçuya amnistiya aktı tətbiq olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 347

Oxşar yazılar