Bakıdakı avtobus qəzası ilə bağlı nazirlikdən AÇIQLAMA - YENİLƏNİB
18 iyul 2016 13:28 (UTC +04:00)

Bakıdakı avtobus qəzası ilə bağlı nazirlikdən AÇIQLAMA - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş avtobus qəzası ilə bağlı açıqlama yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 17-də saat 08 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakinləri Həsən Heybətov idarə etdiyi “Shacman” markalı avtomobili qarşıda gedən Kərəm İbrahimovun 171 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusa vurub. Avtobus yolun kənarında dayanmış Vahid Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilə dəyib və “Daewoo” ilə “Shacman” markalı avtomobillər aşıb. H.Heybətov, K.İbrahimov və 21 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

17 iyul

 

Lent.az Bakıda 20 nəfərdən çox insanın yaralandığı dəhşətli avtobus qəzasının baş verdiyi yerdən çəkilmiş fotoları təqdim edir.

 

Qeyd edək ki, qəzada yaralanmış 21 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

 

XXXX

 

Bu gün Bkının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, prospektin “aeroport yolu” kimi adlanan hissəsində metronun Koroğlu stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin “Daewoo” markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə “VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.

 

İlkin məlumata görə, qəzada 10 nəfərdən artıq şəxs yaralanıb, ölən yoxdur.

 

Yaralılar Sabunçu xəstəxanasına aparılıb. 

 

Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından Lent.az-a bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.

 

Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar