Viski qoxulu parça hazırlandı
31 may 2016 07:09 (UTC +04:00)

Viski qoxulu parça hazırlandı

Şotlandiyadakı Heriot Vatt Universitetində viski qoxulu parça istehsal ediblər.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə ali təhsil müəssisəsinin rəsmi saytında qeyd olunub. Harris Tweed kampaniyası ilə ortaq hazırlanan parça Akva Alba - viski qoxusu verən element kimi qoxuyur. Universitetin meneceri Cim Mak Vi deyib ki, sözügedən ali təhsil müəssisəsi neçə ildir ki, “ağıllı tekstil”lə məşğul olur. Qoxunun hazırlanması üçün mikrokapsul texnologiyasından istifadə olunub ki, bu da daha öncə yüksək uğur əldə edib.

 

Sözügedən parçanın harada və hansı məbləğə satılacağı hələlik açıqlanmayıb.

# 179
avatar

Oxşar yazılar