Azərbaycanda 4505 orta məktəb var
04 avqust 2014 16:17 (UTC +04:00)

Azərbaycanda 4505 orta məktəb var

Azərbaycanda 2013-2014-cü dərs ilində  fəaliyyət göstərən dövlət və özəl əyani ümumi təhsil müəssisələrinin sayı 4505 olub. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Onlardan 346-sı ibtidai, 830-u ümumi orta, 3312-si isə tam orta ümumi təhsil müəssisəsidir. Liseylerin sayı 85, gimnaziyaların sayı isə 15-dir. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar üçün 17 xüsusi  və  internat məktəbi fəaliyyət göstərir.

 

Bu məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı isə 1289-dur. Belə ki, onlardan ibtidai məktəblərdə 6, ümumi orta məktəblərdə 69, tam orta məktəblərdə 1208, liseylərdən 43, gimnaziyalarda 13, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblərdə, internat məktəblərində və sinflərdə 6 şagird təhsil alır.

 

Müəllimlərin sayına gəlincə, min nəfərə 163 nəfər düşür.

 

Dövlət və özəl əyani ümumi təhsil müəssisələrində sinif qrupları üzrə təhsil alan şagirdlərin ümumi sayı isə 1289-dur. Onlardan hazırlıq və 1-4-cü siniflərdə təhsil alanların sayı 528, 5-9-cu siniflərdə təhsil alanların sayı 573, 10-11-ci siflərlərdə təhsil alanların sayı 182, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblərdə, internat məktəblərində və sinflərdə təhsil alanların sayı 6-dır.

 

Azərbaycanda dövlət və özəl əyani ümumi təhsil müəssislərində təhsil alan 1-ci sinif şagirdlərinin sayı isə 1000 nəfərə 137.5 nəfər düşür. Onlardan 64.2 nəfərini oğlanlar, 73.3 qızlar təşkil edib. 

# 2102

Oxşar yazılar