Bakıya qar yağdı <span style="color:red;">- GÖRÜNTÜLƏR
30 mart 2014 18:26 (UTC +04:00)

Bakıya qar yağdı - GÖRÜNTÜLƏR

"Mart ayının son günlərini yaşayırıq. Belə bir deyim var. Mart çıxdı dərd çıxdı. Bugünkü hava şəraiti bu deyimləri bir daha təsdiq edir. Xoşagəlməz hava paytaxt Bakını bomboz edib. Əsən külək az qalır ki, adamı da aparsın. Elə mən də yerimdə zorla dayanmışam".

Martın 29-dan 30-a keçən gecədən başlayaraq, respublika ərazisində hava şəraiti pisləşib. Temperatur 15 dərəcəyədək aşağı enib. Çəkiliş apardığımız zaman şiddətli çovğunla müşayiət olunan  qar yağmağa başladı.

Ölkə ərazisində yay vaxtına keçən gün əməlli başlı qış havası yaşandı. Gecədən başlayan güclü külək qar və çovğunla əvəzləndi. Paytaxt küçələri tezliklə qarla örtüldü ".

Güclü külək Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq, binanın sakinlərinə təhlükə yaradıb.  Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq təhlükəni aradan qaldırıblar. Bundan başqa bir dayanacaq da küləyin gücünə tab gətirməyib. Havanın pisləşməsi bölgələrdə də təsirsiz ötüşməyib. Belə ki, Azərbaycanın şimal-qərb bölgəsinə 6-7 santimetr qalınlığında qar düşüb. Ən çox yağıntı Qubanın Xınalıq kəndi ərazisində qeydə alınıb. Burada qarın qalınlığının 22 santimetr olduğu bildirilir. Qusarın dağlıq Ləzə kəndinin ərazisinə isə 15 santimetr qalınlığında qar yağıb. Bölgələrdə müşahidə olunun güclü külək səbəbindən bir sıra rayonların kəndləri işıqsız qalıb. Kənd təsərrüfatı mütəxəssisləri bildirib ki, şaxta çiçək  və tumurcuqlayan ağaclara mənfi təsir göstərə  və məhsuldarlığı azalda bilər. Meteoroloqlar yağıntılı hava şəraitinin iki gün davam edəcəyini proqnozlaşdırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1852

Oxşar yazılar