CHP sədri Özgür Özələ hücum edilib
04 may 2025 15:35 (UTC +04:00)

CHP sədri Özgür Özələ hücum edilib

CHP sədri Özgür Özələ hücum edilib.

Lent.az bildirir ki, APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, hadisə İstanbulda baş verib. Ö. Özəl Atatürk Mədəniyyət Mərkəzində dünyasını dəyişən Sırrı Süreyya Öndərin yas mərasimində iştirakından sonra mərkəzi tərk etdiyi zaman 66 yaşlı Selçuk Tengeoglu adlı şəxs onun üzünə zərbə endirib.

Şübhəli şəxsin artıq saxlanıldığı bildirilir. İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb. Ölkənin daxili işlər naziri Ali Yerlikaya saxlanılan şəxsin 2004-cü ildə ö iki övladını öldürüb, ikisini isə yaralayıb. Ömürlük həbs cəzası alan S. Tengeoglu 2020-ci ildə şərti azadlığa buraxılıb.

Hadisə ilə bağlı siyasi partiya və rəsmi şəxslər, o cümlədən, prezident Rəcəb Tayyib Ərdoğan Ö. Özəllə telefon danışığı aparıb, keçmiş olsun diləklərini çatdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar