Könül Nurullayeva Avropanın nüfuzlu idman qurumunda
13 fevral 2013 19:03 (UTC +04:00)

Könül Nurullayeva Avropanın nüfuzlu idman qurumunda

Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atletika Federasiyasının (AAF) beynəlxalq əlaqələr şöbələrinin rəhbəri Könül Nurullayeva Avropa Olimpiya Komitəsi (EOK) nəzdində yeni yaradılmış “İdmanda Qadın və Bərabərlik” Komissiyasının üzvü seçilib. Lent.az-ın məlumatına görə, bununla bağlı EOC prezidenti Patrik Hikidən Nurullayevanın ünvanına məktub ünvanlanıb.

 

Məktubda bildirilir ki, bu haqda qərar EOC İcraiyyə Komitəsi tərəfindən verilib. Qurumun vitse-prezidenti Aleksandr Kozlovskinin rəhbərlik edəcəyi yeni yaradılmış komissiyanın fəaliyyətində Nurullayeva ilə yanaşı, İspaniya və Böyük Britaniya Olimpiya Komitələrinin vitse-prezidentləri, Polşa, Makedoniya, Türkiyə və Fransa Milli Olimpiya Komitələrinin baş katibləri iştirak edəcəklər.

 

Qeyd edək ki, Könül Nurullayeva Bakı-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin İcraçı direktoru, 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi məsul vəzifələri tutub. Bundan əlavə, K.Nurullayeva İslam Qadın və İdman Federasiyalarının I komitəsinin üzvüdür. 1975-ci ildə təsis edilmiş və hazırda 49 ölkənin Milli Olimpiya Komitələrini özündə birləşdirən EOC nəzdində Olimpiya Oyunları, Beynəlxalq Əlaqələr, Gənclər və İdman, Olimpiya Mədəniyyəti və Təhsil və s. beynəlxalq komissiyaları fəaliyyət göstərir. MOK nümayəndəsi EOC nəzdində yaradılmış komissiyanın üzvü olan ilk azərbaycanlı qadındır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3582
avatar

Oxşar yazılar