Zaqatalada doğuşdan sonra ölən ananın SON SÖZLƏRİ:   "Həkim yoxdur..." - AUDİO
22 mart 2022 23:20 (UTC +04:00)

Zaqatalada doğuşdan sonra ölən ananın SON SÖZLƏRİ: "Həkim yoxdur..." - AUDİO

Zaqatalada əməliyyatla uşaq dünyaya gətirən ananın ölümündən əvvəl əri ilə telefon danışığı (səs yazısı) yayılıb. 

Lent.az xəbər verir ki, 27 yaşlı Rəna Eyvazova ölümündən bir neçə saat əvvəl əri ilə telefonla danışıb. Telefon danışığından belə məlum olur ki, qadın ağrılar içərisində can verib.

Belə ki, qadın ərinə şiddətli ağrılar keçirdiyini, ona tez-tez ağrıkəsici iynələrin vurulduğunu və hətta doğum şöbəsində ona baxacaq həkimin belə olmadığını dilə gətirir. 

Lent.az mərhumun ailəsindən əldə etdiyi həmin səs yazısını təqdim edir: 

Qeyd edək ki, məlum ana ölümü ötən gün günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum evində qeydə alınıb.

Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. Həmin gün Zaqatala RMX-nın doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib. Əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığını bildiriblər.

Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.

Zaqatala RMX-dan bildirilib ki, mərhumun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. İlkin müayinəyə əsasən ananın ölümünə səbəb tromboemboliya olduğu bildirilir.

Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21829

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09
APA TV-də XƏBƏRAPARAN - CANLI

APA TV-də XƏBƏRAPARAN - CANLI

25 iyul 2025 , 10:02
 Siçan və ilanın   döyüşü -  VİDEO

Siçan və ilanın döyüşü - VİDEO

23 iyul 2025 , 18:28