Yol polisi qayda pozmayan sürücünü saxlaya bilərmi? - CAVAB
31 avqust 2022 12:00 (UTC +04:00)

Yol polisi qayda pozmayan sürücünü saxlaya bilərmi? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu qayda pozmayan sürücünün yol polisi tərəfindən saxlanılması ilə bağlıdır.

Ötən gün sosial şəbəkələrdə gecə saatlarında bir sürücünün yol polisi tərəfindən saxlanılması gündəm müzakirəsi oldu.

Belə ki, sürücü onu saxlayan yol polisi əməkdaşından saxlanma səbəbini və əməkdaşın adını dəfələrlə soruşsa da, o, buna cavab verməyib. Sürücü isə həmin görüntülərdə əsassız olaraq, saxlanıldığını iddia edib.

Qanunvericiliyə əsasən, yol polisi heç bir qayda pozmayan sürücünü saxlaya bilərmi?

Sualımıza “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev cavab verib.

Onun sözlərinə görə, stasionar post olmadığı halda və sürücü qayda pozmayıbsa onun saxlanılması doğru deyil:

“Şəhər daxilində sürücü şəxsi avtomobili ilə hərəkətdə olarkən heç bir qayda pozuntusuna yol verməyibsə Yol Patrul Xidməti əməkdaşı onu saxlaya bilməz. Heç bir pozuntu etməyibsə, yol polisinin sürücüdən sənədləri tələb etmək və ya sərxoşluğu yoxlamaq üçün avtomobili saxlaması qanuna uyğun deyil. Ancaq sənədləri stasionar postlarda yoxlaya bilər. Əgər şəhər daxilində stasionar post yoxdursa və sürücü yol hərəkəti qaydalarını pozmayıbsa yol polisinin onu saxlaması əsassızdır”.

Yol polisi qayda pozmayan sürücünü saxlaya bilər?

# 10809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar