Soyğunçuluq anı
09 sentyabr 2022 13:11 (UTC +04:00)

Soyğunçuluq anı

Yaşlı qadını aldadıb kartdakı pullarını götürdü - HADİSƏ ANI

Şirvanda yaşlı qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, sentyabrın 6-da Şirvan şəhər sakini olan bir qadın "102" xidmətinə, daha sonra isə Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadığı bir şəxsdən kömək istədiyini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşığını və ona məxsus 200 manat pulu soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Salman Məmmədov Bakı şəhəri ərazisində saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinə gətirilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib.

Faktla bağlı S.Məmmədov barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları S.Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.

Şirvanda soyğunçuluq anı

# 2496
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Xaçmazda qadının sürdüyü maşın marketə girdi - VİDEO

Xaçmazda qadının sürdüyü maşın marketə girdi - VİDEO

3 dekabr 2022 , 18:35
Bakıda şagird məktəbdə bıçaqla VİDEO   çəkdi

Bakıda şagird məktəbdə bıçaqla VİDEO çəkdi

3 dekabr 2022 , 13:21
43 ilin müəlliminin 7 illik sevgisi - VİDEO

43 ilin müəlliminin 7 illik sevgisi - VİDEO

2 dekabr 2022 , 14:23
İranın bu şəhərində küçə döyüşləri başladı, ölənlər var  - VİDEO

İranın bu şəhərində küçə döyüşləri başladı, ölənlər var - VİDEO

2 dekabr 2022 , 14:08
Rəşad Dağlının oğlu atasının bu  VİDEO sunu yaydı

Rəşad Dağlının oğlu atasının bu VİDEOsunu yaydı

2 dekabr 2022 , 11:00
Tələbələr arasında KÜTLƏVİ DAVA:  Polis işə qarışdı -  VİDEO

Tələbələr arasında KÜTLƏVİ DAVA: Polis işə qarışdı - VİDEO

1 dekabr 2022 , 22:00
Şirvanda KÜTLƏVİ HƏBSLƏR:  72 nəfər... - VİDEO

Şirvanda KÜTLƏVİ HƏBSLƏR: 72 nəfər... - VİDEO

1 dekabr 2022 , 17:28
Metroda yüksək səslə   danışan qadın BIÇAQLANDI - VİDEO

Metroda yüksək səslə danışan qadın BIÇAQLANDI - VİDEO

1 dekabr 2022 , 14:18