Hindistan İnzibati Xidmətinin əməkdaşı Avaniş Şaran sosial şəbəkədə quşla insan arasında etibarlı münasibət olduğunu təsdiqləyən video paylaşıb.
Lent.az xarici KİV-ə isitinadən xəbər verir ki, o, Arif adlı şəxsin 2022-ci ildə yaralı bir durna quşunu xilas etdiyini və o vaxtdan bəri ayrılmaz dost olduqlarını deyib.
Kadrlarda şəxsin skuter sürdüyü, onun ardınca isə durnanın getdiyi görünür. Bir çox sosial media istifadəçisi qeyri-adi dostluq hekayəsinə heyran qalıb. “Əsl sevgi və mərhəmətin ən yüksək səviyyəsi... Yaşasın bu dostluq!” – şərhçilərdən biri yazıb.
Həmin görüntüləri təqdim edirik: