Ovlanan balıq
17 avqust 2022 15:19 (UTC +04:00)

Ovlanan balıq

Tavada bişirilən balıq DİRİLDİ - VİDEO

Türkiyədə içalatı çıxarılmış balıq hərəkət edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sinop şəhərində baş verib.

Balıqçı Kənan Şən qarmaqla bir ədəd kefal ovlayıb. Axşam onu bişirmək üçün arvadına verib. Onun xanımı mətbəxdə balığın içərisini yarıb, içalatını çıxardıqdan sonra tavaya atıb. Balıq qəflətən "dirilib". Arvadın qorxaraq qışqırığına gələn Kənan Şən gördüklərinə inanmayıb.

İçalatı çıxarılmış balıq hərəkət etməyə başlayıb. Balıqçının sözlərinə görə, o, ömründə ilk dəfədir belə halla rastlaşır:

“Göldən çıxarılan balığın bir müddət havada yaşadığını görmüşdüm. Ancaq içaaltı çıxarılmış balığın ölmədiyini ilk dəfədir görürəm. Düz 15 dəqiqə balığın ölməyini gözlədik”.

Balıqçı Kənan Şən

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6363
avatar

Oxşar yazılar