Sumqayıtda AVTOBUS QƏZASI:  16 yaralı... - VİDEO  - YENİLƏNİB
15 mart 2022 20:58 (UTC +04:00)

Sumqayıtda AVTOBUS QƏZASI: 16 yaralı... - VİDEO - YENİLƏNİB

Sumqayıtda qəzada yaralıların sayı artıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, qəza nəticəsində ümumilikdə 16 nəfər yaralanıb. Yaralılardan  9 nəfəri xəstəxanaya yerləşdirilib, 7 nəfərinə ambulator xidmət göstərilərək evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağırdır.

Məlumata görə, "Hyundai" markalı mikroavtobus Xaçmaz rayonundan gəlirmiş.
 

***

19.46

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

19:05

Sumqayıtda ağır yol qəzası baş verib, xəsarət alanlar var. 

Lent.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb. 

Həmin görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7425
avatar

Oxşar yazılar