Şöbədə arvadını güllələyən polisin tutulma anının VİDEOSU
12 aprel 2022 21:15 (UTC +04:00)

Şöbədə arvadını güllələyən polisin tutulma anının VİDEOSU

Ötən il Bakıda polis şöbəsində arvadını güllələyərək öldürən polisin tutulma anının görüntüləri yayılıb. 

Lent.az polis şöbəsinin kameraları ilə qeydə alınan həmin görüntüləri təqdim edir. 

Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. 

Bu gün hadisəni törədən İsmayıl Məmmədova hökm oxunub. Hökmə əsasən o 18 il müddətinə azadlıqdan məhrum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10752
avatar

Mehman Nəbiyev

Oxşar yazılar