ABŞ-ın Kolorado Sprinqs ştatında sahibləri yatan it səhvən sobanı yandıraraq yanğın törədib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə mətbəxdəki kamera tərəfindən lentə alınıb.
Videoda itin sobanın sapını necə çevirdiyi, bunun da üzərindəki qutuların alışmasına səbəb olduğu göstərilir. Yanğın sürətlə yayılır, tüstü siqnalı isə işə düşür. Yağını təkbaşına söndürən ev sahiblərindən biri hadisə zamanı zəhərlənib.
Ailə dəymiş ziyana görə evi tərk etmək məcburiyyətində qalıb. Yanğında itin rolu müşahidə videolarına baxdıqdan sonra məlum olub.