Pilotsuz avtomobil insanlar tərəfindən yandırıldı - VİDEO
14 fevral 2024 10:48 (UTC +04:00)

Pilotsuz avtomobil insanlar tərəfindən yandırıldı - VİDEO

10 fevral tarixində San Fransiskonun Çin qəsəbəsi ərazisində bir qrup şəxs Waymo şirkətinin pilotsuz avtomobilini əhatəyə alaraq onu yandırıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin baş verdiyi an avtomobilin daxilində heç kəs olmayıb. Hadisədə iştirak etmiş şəxslər pilotsuz avtomobilin şüşələrini sındıraraq salona atəşfəşanlıq atıblar. Nəticədə avtomobil alovlanmağa başlayıb. Videodan da görmək olar ki, Waymo-nun pilotsuz avtomobili tamamilə yararsız hala gəlib. Bu səbəbdən xilasedicilər hətta ilk əvvəl pilotsuz avtomobilin hansı şirkətə məxsus olduğunu belə təyin edə biməyiblər. Waymo öz növbəsində bildirib ki, o, hadisənin istintaqı mövzusunda hüquq-mühafizə orqanları ilə yaxından əməkdaşlıq edir.

 

# 2988
avatar

Oxşar yazılar