Mağazadan televizor oğurladı, görün nə  etdi -  İNANILMAZ HADİSƏ -VİDEO
27 may 2021 21:14 (UTC +04:00)

Mağazadan televizor oğurladı, görün nə etdi - İNANILMAZ HADİSƏ-VİDEO

Mağazadan televizor oğurlayan şəxs, işçilərin arxasınca düşdüyünü və onlardan qurtula bilməyəcəyini gördükdə, onu küçənin ortasına atıb qaçdı.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, hadisə Adanada baş verib.

Mağazaya girən şəxs özünü şübhəli aparıb. Sonra işçilərin məşğul olduğunu gördükdə, qutudakı televizoru götürərək küçəyə qaçıb. Mağaza işçiləri oğrunun dalınca qaçıb. Şübhəli onu təqib edənlərdən canını qurtara bilməyəcəyini anlayaraq televizoru küçənin ortasında qoyaraq yoluna davam edib.

Hadisə anbaan mağazanın təhlükəsizlik kameralarının yaddaşına yazılıb. Mağaza işçilərinin polisə müraciəti əsasında oğurluq edən şəxsin kimliyi müəyyən olunaraq həbs edilib.  

 

Mağazadan oğurladığı televizoru görün nə etdi

# 4599
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar