Çılpaq qadın  aeroportda aləmi bir-birinə qatdı - VİDEO
27 mart 2025 19:28 (UTC +04:00)

Çılpaq qadın aeroportda aləmi bir-birinə qatdı - VİDEO

ABŞ-da çılpaq qadın hava limanında işçi və sərnişinlərə unudulmaz anlar yaşadıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə “Dallas-Fort Worth” beynəlxalq hava limanında qeydə alınıb.

Tamamilə lüt olan qadın əvvəlcə işçilərə anlamsız sözlər deyərək su şüşəsi atıb. İşçilərdən biri ona get burdan deyəndə isə, əsəbiləşərək su şüşəsini açıb və onun üzərinə töküb. Bundan əlavə, o, restoran müdiri olan kişinin üzünü öz qələmi ilə yaralayıb, qolunu dişləyib. Daha sonra qadın monitorları qırıb və sərnişinlərin qaçmasına səbəb olub.

Aeroportun mühafizə xidmətinin əməkdaşları qadının tutulması üçün kömək istəyiblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlasa da, qadının səhhəti ilə əlaqədar açıqlama verilməyib. Həmçinin hadisə ilə bağlı mühafizə işçiləri də məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2068

Oxşar yazılar