Bakıda COP29-la bağlı yeni zolaq salınıb.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, yeni zolaqlar Fətəli Xan Xoyski küçəsində təşkil olunub.
Ancaq zolaqların hansı tarixdən qüvvəyə minməsi və ora daxil olan avtomobillərin hansı məbləğdə cərimələnməsi hələlik məlum deyil.
Qeyd edək ki, noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.