Bakıda xəstəxanadan özünü atmaq istəyən cinsi azlıq nümayəndəsi imiş - TƏFƏRRÜAT
30 mart 2022 16:16 (UTC +04:00)

Bakıda xəstəxanadan özünü atmaq istəyən cinsi azlıq nümayəndəsi imiş - TƏFƏRRÜAT

Bakıda xəstəxanada baş verən intihara cəhdin təfərrüatları məlum olub.

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, intihara cəhd edən şəxs cinsi azlıqların nümayəndəsidir. Belə ki, o, xəstəxanaya gedərək əməliyyat olunmaq istədiyini deyib. Həmin şəxsə izah olunub ki, 3 saylı şəhər xəstəxanası onun istədiyi əməliyyatı həyata keçirə bilmir. Ona bu əməliyyatı həyata keçirə biləcək xəstəxanalarla bağlı ətraflı məlumat da verilib. Lakin buna baxmayaraq həmin şəxs həkimləri təhdid edib və etiraz olaraq intihara cəhd edib.

Xəstəxanaya çağırılan hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən yayındıra bilib.

***

saat 15:42

Bakıda gənc qızın harada intihara cəhd etməsi məlum olub.

Lent.az bildirir ki, sosial şəbəkələrdə hadisənin Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında baş verdiyi bildirilir.

Belə ki, gənc qadın özünü pəncərədən atmaq istəyib.

***

Saat 15:15

Bakıda intihara cəhd edən qız xilas edilib.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə binanın ikinci mərtəbəsindən asılı vəziyyətdə qalan qız polis əməkdaşı tərəfindən xilas edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9787

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09
APA TV-də XƏBƏRAPARAN - CANLI

APA TV-də XƏBƏRAPARAN - CANLI

25 iyul 2025 , 10:02
 Siçan və ilanın   döyüşü -  VİDEO

Siçan və ilanın döyüşü - VİDEO

23 iyul 2025 , 18:28