Bakıda qatar avtomobillə toqquşdu - VİDEO
17 noyabr 2022 11:48 (UTC +04:00)

Bakıda qatar avtomobillə toqquşdu - VİDEO

Bakıda qatar avtomobillə toqquşub.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Kənd Əhmədli ərazisində qeydə alınıb. "Hyundai Sonata" markalı avtomobil qəflətən dəmiryol relsinə çıxıb. Bu zaman sürücü qatarın gəldiyinə diqqət yetirməyib.

Nəticədə qatar avtomobilə çırpılıb. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Ancaq minik vasitəsinə ziyan dəyib.

Görüntüləri təqdim edirik:

# 2274
avatar

Oxşar yazılar