Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA  - ölən var - YENİLƏNİB
17 iyun 2022 09:47 (UTC +04:00)

Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA - ölən var - YENİLƏNİB

Bakı-Qazax yolunda baş verən qəzanın təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, yolun Hacıqabul rayonundan keçən hissəsində 29 yaşlı Aslanov Asif Gəray oğlunun idarə etdiyi "Ford" markalı mikroavtobus, 35 yaşlı Ağayev Elvin Ziyadxan oğlunun idarə etdiyi "Mercedes-Benz Atego" markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişin 20 yaşlı Əhmədov Yolçu Cabir oğlu aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***
16.06.2022

Saat: 15:56

Bakı-Qazax yolunda dəhşətli qəza baş verib.

Lent.az xəbər verir ki, hadisə yolun Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb. "Ford" markalı mikroavtobus qarşıda hərəkət edən "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Hacıqabulda mikroavtobus yük maşınına çırpıldı

# 5643
avatar

Mehman Nəbiyev

Oxşar yazılar