Bahalığa etiraz edən qocanın başına  OYUN AÇDILAR - VİDEO
12 may 2022 12:59 (UTC +04:00)

Bahalığa etiraz edən qocanın başına OYUN AÇDILAR - VİDEO

İranda qoca kişiyə qarşı edilən hərəkət sosial şəbəkələrdə hiddətə səbəb olub.

Lent.az xəbər verir ki, hadisə mayın 8-i Kürdüstan vilayətində baş verib. Yaşlı kişi son zamanlar davam edən qiymət artımına qarşı etiraz edib. Bu zaman polis əməkdaşları hadisə yerinə gəliblər.

Onlar yaşlı adamla nəzakətli davranmaq əvəzinə ona zor tətbiq edərək avtomobilə mindiriblər. Ətrafdakılar polislərin bu əməlinə etiraz etsələr də, nəticəsi olmayıb. 

Məlumata görə, polis əməkdaşları həmin kişini naməlum istiqamətə aparıblar.

İranda bahalığa etiraz edən ağsaqqalın başına oyun açdılar

# 3585
avatar

Mehman Nəbiyev

Oxşar yazılar