Azərbaycanlı "Məscidi Aksa" da imamlıq etdi - VİDEO
24 noyabr 2022 13:44 (UTC +04:00)

Azərbaycanlı "Məscidi Aksa"da imamlıq etdi - VİDEO

Həmyerlimiz, tanınmış din xadimi Əhməd Bədirov Qüdsdə yerləşən məşhur “Məscidi Aksa”da imamlıq edib.

Lent.az xəbər verir ki, bu barədə “ZAQATALA NEWS” səhifəsi məlumat yayıb.

Səhifənin yaydığına görə, bu, Azərbaycanın din tarixində ilk hadisədir. Çünki, sözügedən məsciddə heç vaxt əcnəbi vətəndaş imamlıq etməyib.

Qeyd edək ki, “Məscidi Aksa” Qüdsdə yerləşir. Ora Həzrəti Musa Peyğəmbərin, İbrahim Peyğəmbərin, Yusif Peyğəmbərin, Davud Peyğəmbərin məzarlarının olduğu müqəddəs məkandır.

Xatırladaq ki, Əhməd Bədirov Zaqatalanın Əliabad qəsəbəsində doğulub. Tanınmış İslam Universitetlərində təhsil alıb. O, hazırda Avstriyanın paytaxtı Vyana şəhərindəki məscidlərdən birinin imamıdır.

# 6813
avatar

Oxşar yazılar