Astara meşələrini kim qırır? - RƏSMİ CAVAB  - FOTO + VİDEO - YENİLƏNİB
21 noyabr 2022 18:04 (UTC +04:00)

Astara meşələrini kim qırır? - RƏSMİ CAVAB - FOTO + VİDEO - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Astara meşələrinin qırılmasına dair görüntülərə reaksiya verib. 

Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Lent.az-a açıqlamasında bildirib ki, hazırda qışa hazırlıq məqsədilə odun tədarükü aparılır.

Onun sözlərinə görə, əsasən bioloji inkişafdan qalmış, köküstə qurumuş, yanğına səbəb yarada biləcək yıxılmış quru ağacların sanitar qırıntısı həyata keçirilir və qırma sahələrinin məqsədəuyğunluğu mütəxəssislər tərəfindən təsdiqləndikdən sonra ağaclar nömrələnir və onların kəsilməsinə rəy verilir:

"Tədarük olunmuş oduncaq əhaliyə və müəssisələrə əvvəlcədən dəyəri ödənilməklə verilir. Sözügedən görüntülər də, qırma sahəsidir, ağaclar nömrələnib və tədarük olunaraq aşağı anbar adlanan əraziyə daşınıb”.

***

16:21

Astara meşələri kütləvi şəkildə qırılır.

Bu barədə Lent.az-a sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, hadisə Lerik-Astara sərhədində yerləşən meşədə baş verib.

Lent.az-a daxil olan şikayət və görüntülər bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. 

Qeyd edək ki, nazirlikdən məsələni araşdırıb, sorğumuza cavab verəcəkləri bildirilib.

# 5529
avatar

Arzu Qurbanlı

Oxşar yazılar